12 
Sen
2022
20:16
14
504
9237
Virtual karabakh

Yaxın günlərdə toyu olacaqdı: Şəkidə qarğıdalı yeyən gənc öldü - FOTO

12 Sen, 2022
20:16
9237

Yaxın günlərdə toyu olacaqdı: Şəkidə qarğıdalı yeyən gənc öldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə qarğıdalı yeyən gənc vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, Şəki rayonunun Köbər Zəyzid kənd sakini 1994-cü il təvəllüdlü Vüqar Mövlud oğlu Mustafayev boğazında yad cisim qalması və boğulma əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı V.Mustafayevin boğazında qarğıdalı dənəsi qaldığı məlum olub. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən V.Mustafayevə həkimlər intensiv olaraq tibbi yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 28 yaşlı Mustafayev Vüqar Möhlüd oğlu nişanlı idi, bu yaxınlarda toy edəcəkdi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri