14 
Sen
2022
11:28
71
572
9156
Virtual karabakh

Şəhid Bəxtiyar Muradov Sumqayıtda torpağa tapşırıldı - YENİLƏNİB + FOTO/VİDEO

14 Sen, 2022
11:28
9156

Şəhid Bəxtiyar Muradov Sumqayıtda torpağa tapşırıldı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan əsgər Muradov Bəxtiyar Güloğlan oğlu dəfn edilib.

Oxu.Az xəbər verir ki, 19 yaşlı şəhidimizin nəşi Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

09:22

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Bəxtiyar Muradovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib.

Oxu.Az xəbər verir ki, 19 yaşlı Bəxtiyar Muradovun nəşi vida üçün doğulub boya-başa çatdığı Sumqayıt şəhər, 42-ci məhəlləyə gətirilib. Vida mərasimində ailə üzvləri ilə yanaşı, şəhər rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, şəhidimiz bir ilin əsgəri və evin tək oğlu olub. Üç gün bundan əvvəl məzuniyyəti bitirib yenidən ön xətdə xidmətə qayıdıb. 

Vida mərasimindən sonra B.Muradov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri