14 
Sen
2022
11:45
359
150
8721
Virtual karabakh

Azərbaycan Ordusunun kapitanı torpağa tapşırıldı - YENİLƏNİB + FOTO

14 Sen, 2022
11:45
8721

Azərbaycan Ordusunun kapitanı torpağa tapşırıldı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun kapitanı 32 yaşlı Saleh Qurbanov dəfn edilib.

Oxu.Az xəbər verir ki, şəhid Giləzi qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

10:14

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun kapitanı 32 yaşlı Saleh Qurbanovun nəşi doğulduğu Xızı rayonu Giləzi qəsəbəsində yaşayan ailəsinə təhvil verilib. 

Oxu.Az xəbər verir ki, hazırda şəhidlə vida mərasimi keçirilir. 

Vida mərasimindən sonra şəhid Giləzi qəsəbə qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, şəhid S.Qurbanov ailəli olub, bir övladı var.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri