14 
Sen
2022
19:45
353
96
4936
Virtual karabakh

Şəhid Murad Rəsulov son mənzilə yola salındı - YENİLƏNİB + FOTO

14 Sen, 2022
19:45
4936

Şəhid Murad Rəsulov son mənzilə yola salındı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 22 yaşlı leytenant Murad Rəsulov torpağa taşırılıb. 

Oxu.Az xəbər verir ki, Şabran şəhərində şəhidlə vida mərasimi keçirilib, daha sonra o, Şabran Şəhidlər xiyabanında dəfn edilib. 

18:38

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 22 yaşlı leytenant Murad Rəsulovun nəşi ailəsinə təhvil verilib.

Oxu.Az xəbər verir ki, hazırda Şabran şəhərində şəhidlə vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Şabran İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasimdən sonra şəhid Şabran Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid M.Rəsulov Hərbi akademiyanı (red. Hərbi İdarəetmə İnstitutu) bitirib.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri