14 
Sen
2022
13:18
39
239
2641
Virtual karabakh

Kiçik çavuş Nail Abbaslı Oğuzda dəfn edildi - FOTO

14 Sen, 2022
13:18
2641

Kiçik çavuş Nail Abbaslı Oğuzda dəfn edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənilərin törətdikləri genişmiqyaslı təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nail Abbaslı Oğuz rayonunda dəfn edilib.

Oxu.Az-ın məlumatına görə, dəfn mərasimində onun döyüş yoldaşları, yaxınları, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidimiz rayonun Qarabaldır kənd qəbiristanlığında torpağa tapşırılıb.

N.Abbaslı nişanlı idi.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə səkkiz hərbi qulluqçusu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri