14 
Sen
2022
17:49
1603
96
20647
Virtual karabakh

DTX: “Azərbaycanda “TikTok”a giriş DAYANDIRILIR” - YENİLƏNİB + VİDEO

14 Sen, 2022
17:49
20647

DTX: “Azərbaycanda “TikTok”a giriş DAYANDIRILIR” - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülüb. Hazırda həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınıb və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılıb.

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı digər sosial şəbəkələrdə paylaşılan həqiqətə uyğun olmayan və ictimaiyyət arasında vahimə yaratmağa hesablanmış belə məlumatlara inanmamağa və yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırır. 

15:57

Azərbaycanda “TikTok” və “Telegram” sosial şəbəkələrinə mobil internet vasitəsilə girişin məhdudlaşdırması ilə bağlı xəbərlər yayılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, hazırda hər iki şəbəkəyə girişlə bağlı çətinlik yaşanır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Oxu.Az-a bildirilib ki, qurum tərəfindən hansısa məhdudiyyət tətbiq olunmayıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri