15 
Sen
2022
19:05
207
46
2463
Virtual karabakh

Zaqatalada şəhid Turan Məhərrəmovun dəfn mərasimi keçirildi - FOTO/VİDEO

15 Sen, 2022
19:05
2463

Zaqatalada şəhid Turan Məhərrəmovun dəfn mərasimi keçirildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada şəhid Turan Məhərrəmovun dəfn mərasimi keçirilib.

“Report”un məlumatına görə, rayonun Qımır kəndində doğulub boya-başa çatan Azərbaycan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü Turan Tural oğlu Məhərrəmov doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib. Dəfn mərasimindən öncə şəhidin ruhuna hörmət olaraq yaylım atəşi açılıb, şəhidin ruhuna dualar oxunub.

Qeyd edək ki, 21 yaşlı Turan Məhərrəmov sentyabrın 13-də düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub. T.Məhərrəmov nişanlı idi, oktyabrın 9-da toyu olacaqdı.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri