16 
Sen
2022
13:12
78
61
5638
Virtual karabakh

Nazirlikdən “Facebook” istifadəçilərinə XƏBƏRDARLIQ

16 Sen, 2022
13:12
5638

Nazirlikdən “Facebook” istifadəçilərinə XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti media qurumlarını “Facebook” sosial şəbəkə hesablarında paylaşım edərkən diqqətli olmağa çağırır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Facebook” sosial şəbəkəsinin müəyyən etdiyi qayda və şərtlərə uyğun olmayan məlumatların paylaşılması həmin sosial şəbəkə hesablarının bloklanması ilə nəticələnə bilər. 

Elektron Təhlükəsizlik Xidməti bu həssas dönəmdə media qurumlarına “Facebook” sosial şəbəkə hesablarının bloklanmasının qarşısını almaq üçün xüsusilə aşağıdakı məzmunda məlumatları paylaşmamağı tövsiyə edir:

- Şəxsin irqi və milli mənsubiyyəti, dini və siyasi baxışları, əlilliyi və digər hallarla bağlı zorakılığa və təhqirə yol verilməsi;

- Şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılması, nifrətə çağırış, təhqir və böhtan xarakterli məlumatlar;

- İntihara yönləndirən, təşviq edən, intihar edən şəxsi təsvir edən paylaşımların edilməsi;

- Zorakılığın təbliği və təşviqi;
 
- Sağlamlıq və ictimaiyyət üçün təhlükə yaradan paylaşımların edilməsi.

Qeyd edək ki, “Facebook”da istifadəçilər tərəfindən hər hansı qayda və şərtlərin pozulması halı baş verdikdə bu barədə istifadəçilərin “Facebook” hesablarına və qeydiyyatdan keçərkən istifadə etdikləri e-mail ünvanına bildiriş və xəbərdarlıq göndərilir. Həmin bildirişlər və xəbərdarlıqlarda qeyd edilən təlimatlara qısa zamanda əməl edildiyi təqdirdə hesabların bloklanmasının qarşısı alınır. Bu səbəbdən media qurumlarına tövsiyə edilir ki, “Facebook” tərəfindən onların sosial şəbəkə hesablarına daxil olan bildirişlərə qarşı diqqətli olsunlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri