17 
Sen
2022
15:31
310
31
4865
Virtual karabakh

Evi MTK tərəfindən 3-4 nəfərə satılan şəxslər nə etməlidir? – Hüquqşünasdan AÇIQLAMA + YENİLƏNİB/FOTO

17 Sen, 2022
15:31
4865

Evi MTK tərəfindən 3-4 nəfərə satılan şəxslər nə etməlidir? – Hüquqşünasdan AÇIQLAMA + YENİLƏNİB/FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“MTK-larda bir mənzilin bir neçə nəfərə satılması hallar tez-tez baş verir. “Təbriz” MTK-nın rəhbərinin törətdiyi əməl dələduzluq kimi qiymətləndirilir. Vətəndaş belə halla üzləşdikdə dərhal polisə müraciət etməlidir. Həmin vaxt ödəniş kağızları, alqı-satqı müqaviləsi və digər sənədləri də təqdim etməlidir. Bəzən olur ki, həmin binada satılmamış mənzillər qalır, əgər şəxs işin üstünə tez düşsə, ödədiyi pulun əvəzi kimi onlardan birini ala bilər. Mənzillərin hamısı satıldıqdan sonra MTK-dan ödədiyin pulu geri almaq çətin olur”. 

Bu sözləri Oxu.Az-a açıqlamasın Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev deyib. 

Hüquqşünas qeyd edib ki, işə vaxtında müdaxilə edilmədikdə təqsirkar həbs edilsə belə, zərərçəkənə bunun xeyri olmur:

“Çünki cinayətkar pulu ödəməkdən imtina edir. Çox istərdim ki, mətbuat yeni tikilən binalarda mənzillərin satış qaydaları haqqında geniş məlumat versin. Bu, dələduzluq hallarının sayını azalda bilər. Hökumət kütləvi surətdə dələduzluq olduğunu, bir mənzilin bir neçə nəfərə satıldığını görəndən sonra həmin yeni tikilmiş mənzillərin satışı haqqında qaydalar tərtib edib. Bu qaydalara görə, MTK özü alqı-satqı müqaviləsi bağlayıb tikilməkdə olan və ya tikilmiş evi sata bilməz. Müqavilə mütləq şəkildə notariat qaydada olmalı və pul MTK-nın bank hesabına köçürülməlidir. Bu barədə əhalini geniş məlumatlandırmaq lazımdır”. 

Ə.Mustafayev bildirib ki, qaydalara əsasən, mənzilin tikintisinin mərhələsindən asılı olaraq ödənişlər hissə-hissə edilə bilər: 

“Ancaq hazırda bir çox MTK pulun böyük hissəsinin ödənilməsini tələb edir, qaydalara riayət etmir. Qanunvericilikdə evin tikintisinin mərhələsindən asılı olaraq ödənişin hissələri müəyyən edib. Bu məsələyə nəzarət etməli olan dövlət qurumlarından MTK-ların qaydalara əməl etməsi tələb oluna bilər. Təzə tikilən evlərdə monitorinqlər aparılmalıdır. Müştəriyə hansı şərtlər daxilində satıldığı yoxlanmalıdır. Belə halların qarşısı əvvəlcədən alınmalıdır”.

14:58

“Təbriz” Mənzil-Tikinti Kooperativinin həmtəsisçisi və rəhbəri Nofəl Hacıyevin şəhid ailəsinə məxsus mənzili dörd nəfərə satmasıyla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. 

Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Kənan Zeynalov Oxu.Az-ın sorğusuna cavab olaraq sözügedən şəxsin bu tip cinayətlər törətdiyini təsdiqləyib:

“MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən bəzilərinin iki şəxsə satılması faktı ilə bağlı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başladılıb. 

CM-nin 178.4, 308.2, 313-cü maddələri ilə Hacıyev Nofəl Əhməd oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri