20 
Sen
2022
20:32
319
16
1694
Virtual karabakh

Culfada Türkiyəyə keçirilməyə cəhd olunan 79 kiloqramdan artıq psixotrop maddə aşkarlandı

20 Sen, 2022
20:32
1694

Culfada Türkiyəyə keçirilməyə cəhd olunan 79 kiloqramdan artıq psixotrop maddə aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Culfa dövlət sərhədi buraxılış məntəqəsində nəqliyyat vasitəsində 79 kiloqramdan artıq psixotrop maddə aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına plastik məmulatlar aparan 25-LS-673 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində risk meyarı əsasında gömrük baxışı həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 2 688 ədəd plastik şotkaların boru şəkilli tutacaqlarında xüsusi üsulla gizlədilmiş, ümumi çəkisi 79 kiloqram 100 qram olan kristal halında psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri