21 
Sen
2022
17:33
29
253
2152
Virtual karabakh

Alıcı üzünə həsrət qalan məşhur Quba alması - VİDEO

21 Sen, 2022
17:33
2152

Alıcı üzünə həsrət qalan məşhur Quba alması - VİDEO

Quba bağlarında kütləvi alma yığımına başlanılıb. 

Bağlarda daha çox məhsuldarlığı ilə seçilən “Qolden”, “Simirenko” sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qrenni smit”, “Fuji” sortlarına üstünlük verirlər. Bu il əksər təsərrüfat sahibləri yüksək keyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə satıla biləcək məhsul yetişdirməyə üstünlük veriblər. 

Ötən ildən fərqli olaraq məhsuldarlıq da boldur. Amma fermerləri narahat edən məqamlar da var. Fermerlər alıcı azlığından və məhsula təklif olunan qiymətin aşağı olmasından narazıdırlar. Hazırda soyuducu anbarlarda da məhsul ötən illə müqayisədə aşağı qiymətə satılır. Amma satışla məşğul olan sahibkarlar almanın qiymətinin bir müddətdən sonra qalxacağını istisna etmirlər. 

Qeyd edək ki, Qubada 14 min hektar alma bağı var ki, bunun da 11 min hektara yaxını intensiv və superintensiv bağlardır. Hər il bu bağlardan 120-130 min ton məhsul toplanır. Bu il isə 140-150 min ton məhsul gözlənilir. Rayon bağlarında alma yığımı oktyabrın sonlarınadək davam edəcək.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri