22 
Sen
2022
01:14
80
901
16989
Virtual karabakh

Polis tərəfindən döyülən uşağın valideynindən İDDİA: “Boğaraq başını partaya vurub” - YENİLƏNİB + VİDEO

22 Sen, 2022
01:14
16989

Polis tərəfindən döyülən uşağın valideynindən İDDİA: “Boğaraq başını partaya vurub” - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlaxda polis tərəfindən döyüldüyü iddia edilən azyaşlının valideynləri danışıblar.

Hadisə Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli tam orta məktəbdə çalışan müəllimlərin qarşısında baş verib.

Həmin təhsil müəssisəsində oxuyan 4-cü sinif şagirdi ilə sinif yoldaşı arasında mübahisə baş verib.

4-cü sinif şagirdi qələmlə sinif yoldaşının alnından xəsarət yetirib. Bundan xəbər tutan şagirdin valideyni, Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov məktəbə gəlib. O, təhsil müəssisəsində övladına zərər vuran 2013-cü il təvəllüdlü azyaşlını döyərək ona xəsarətlər yetirib.

Döyülən azyaşlının valideyni Rəqsanə Əliyeva Baku TV-yə bildirib ki, V.Hüseynov övladını iki əllə boğaraq, başını partaya vurub.

Daha ətraflı süjetdə:

19:43

Yevlaxda azyaşlının polis tərəfindən döyülməsi prokurorluqda araşdırılır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Yevlax şəhəri S.Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma başlanılıb.

17:48

Daxili İşlər Nazirliyindən Yevlax rayonunda iki məktəblinin dalaşması hadisəsinə münasibət bildirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə Regional qrupundan verilən məlumata Oxu.Az-a bildirilib ki, Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib:

“Rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib. Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək”.

17:15

Yevlax rayonunda iki məktəbli dalaşıb.

Oxu.Az-ın məlumatına görə, rayonda birinci sinifdə təhsil alan iki uşaq mübahisə edib. Nəticədə onlar dalaşıblar.  

Bundan sonra uşaqların valideynlərindən biri digər şagirdə şiddət göstərib.

Qeyd edək ki, şiddət göstərən şəxs Yevlax Rayon Polis Şöbəsinin tədqiqatçısı Vüsal Hüseynovdur.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri