21 
Sen
2022
17:40
17
195
1058
Virtual karabakh

Biləsuvarda avtovağzal ərazisi zibil poliqonuna çevrilir

21 Sen, 2022
17:40
1058

Biləsuvarda avtovağzal ərazisi zibil poliqonuna çevrilir

Biləsuvar rayon avtovağzalında zibil qabı olmaması sakinlərin narazılığına səbəb olub.

Bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, şəhərin mərkəzi küçələrində təmizlik üçün kifayət qədər zibil qabı olsa da, avtovağzal ərazisində isə 1 ədəd belə zibil qabı qoyulmayıb:

“Avtovağzal ərazisində zibil qabı olmadığı üçün sakinlər zibil atmaq üçün ya xeyli yol gedirlər, ya da heç özlərinə əziyyət verməyib avtovağzalın ərazisinə atırlar. Belə olan halda isə, ərazi məişət tullantıları poliqonuna çevrilir”.

Sakinlər həm avtovağzal, həm də ətraf ərazilərdə zibil qablarının qoyulmasını tələb edirlər.

Məsələ ilə bağlı Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatından bildirilib ki, müqavilə olmadığı üçün bu problem yaranıb:

“Biləsuvar rayon avtovağzalı ilə bizim müqaviləmiz olmalıdır. Biz müqavilə əsasında avtovağzal ərazisinə müvafiq zibil qabları yerləşdiririk və məişət tullantılarının daşınmasını həyata keçiririk”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri