22 
Sen
2022
09:00
12
209
4806
Virtual karabakh

Tovuzda qonaqlıqda güllələnən şəxs Bakıda ölüb

22 Sen, 2022
09:00
4806

Tovuzda qonaqlıqda güllələnən şəxs Bakıda ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bud nahiyəsindən güllə yarası alan şəxs xəstəxanada dünyasını dəyişib.

APA xəbər verir ki, Tovuzun Hunanlar kənd sakini, 53 yaşlı Ələsgər Ələsgərov sağ bud nahiyəsinin üçdəbirinin güllə yarası diaqnozu ilə Bakıda Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

O, əməliyyat olunmadan əvvəl dünyasını dəyişib.

Qeyd edək ki, sentyabr ayının 19-u axşam saatlarında Ə.Ələsgərov tanışı Əli Salmanov ilə birlikdə həmkəndlisi Ədalət Verdiyevin evinə qonaq gəlib. Sonuncular mübahisə edən zaman ev sahibi özünə məxsus, müvafiq sənədləri olan ov tüfəngi ilə Ə.Salmanova atəş açarkən Ə.Ələsgərov yaralanıb.

Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri