22 
Sen
2022
10:20
183
15
1476
yuxarı
Ağdam sakinindən külli miqdarda narkotik aşkarlanıb - FOTO
22 Sen, 2022
10:20
1476
183
15
Ağdam sakinindən külli miqdarda narkotik aşkarlanıb - FOTO
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Polad Abdullayev saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman sellofan bükümlərdə qablaşdırılmış külli miqdarda tiryək, eləcə də metamfetamin və heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək