22 
Sen
2022
10:12
381
43
6458
Virtual karabakh

Məşhur bəstəkar Cavanşir Quliyev 19 ildən sonra xaricdən Azərbaycana köçüb

22 Sen, 2022
10:12
6458

Məşhur bəstəkar Cavanşir Quliyev 19 ildən sonra xaricdən Azərbaycana köçüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçüb.

Bu barədə “Report”a bəstəkar özü məlumat verib.

19 ildir Şimali Kiprin Yakın Doğu Universitetində çalışan professor C.Quliyev bundan sonrakı həyat və yaradıcılığını yenidən doğma vətəndə davam etdirmək qərarına gəlib.

O, son illər yazdığı irihəcmli əsərləri ifa etdirmək və lentə yazdırmaq zərurəti ilə qarşılaşdığından yenidən Vətənə qayıtdığını bildirib:

“Mən Azərbaycan vətəndaşıyam, ölkədən də birdəfəlik getməmişdim. Haraya getsək də, hamımızın sonda dönəcəyi bir ünvan var – Azərbaycan. Sözsüz ki, Vətən müharibəsindəki tarixi qələbədən sonra qalib ölkədə yaşamağın və yaradıcılıq planlarımı həyata keçirməyin zövqü başqa olacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri