22 
Sen
2022
17:09
16
761
8983
Virtual karabakh

Pulu olmadığı üçün xəstəxanada 20 gün ac saxlanıldığı deyilən şəxslə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

22 Sen, 2022
17:09
8983

Pulu olmadığı üçün xəstəxanada 20 gün ac saxlanıldığı deyilən şəxslə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə pulu olmadığı üçün xəstəxanada yatan kişiyə baxılmadığı iddia edilən hadisə ilə bağlı aparılan araşdırma yekunlaşıb.
 
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, sözügedən görüntülərdəki 1960-cı il təvəllüdlü vətəndaş 19.09.2022-ci il tarixində saat 21:00 radələrində sağ bud sümüyünün sınığı diaqnozu ilə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya daxil olub:

“Həkimlər tərəfindən vətəndaşa zəruri ilkin tibbi yardımlar göstərilib və palataya yerləşdirilib. Eyni zamanda, onun yanaşı xəstəlikləri ilə bağlı müvafiq müayinələr həyata keçirilib və müalicəsinə başlanılıb. Vətəndaş xəstəxanaya daxil olduğu gündən etibarən həkim təyinatına uyğun olaraq onun müalicəsi aparılır.

Həmçinin qeyd edək ki, vətəndaş xəstəxanaya daxil olduğu gündən etibarən - 19.09.2022-ci il tarixindən gündəlik qidalanma ilə də təmin olunur”.

14:36

Gəncədə xəstəxanada yatan vətəndaşa qarşı laqeyd münasibətin göstərildiyi iddia edilib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, söhbət Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada yatan pasiyentdən gedir:

“Yaşlı kişinin ayağı sınıb. Bir həftəyə yaxın müddətdir xəstəxananın ikinci mərtəbəsindəki palatada yatır. Ağrıdan qıvrılır, qışqırır, heç kim yaxın durmur. Pulu yoxdur deyə həkimlər kişiyə baxmır”.

Görüntülərdə kişi 20 gündür ac qaldığını deyib:

“Öldürməyin insanı, Allahdan qorxunuz olsun. Nə deyirəm vurun, ağrıkəsici vurun. İyirmi gün çörək yeməmək nə deməkdir? Başım gicəllənir”.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-in əməkdaşı Kənan Kərimov bildirib ki, sözügedən hadisə qurum tərəfindən nəzarətə götürülüb və ictimaiyyətə əlavə məlumat veriləcək. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri