22 
Sen
2022
17:37
349
113
20612
Virtual karabakh

Güclü külək əsəcək, yağış yağacaq, temperatur 12 dərəcə enəcək - Hava XƏBƏRDARLIĞI + VİDEO

22 Sen, 2022
17:37
20612

Güclü külək əsəcək, yağış yağacaq, temperatur 12 dərəcə enəcək - Hava XƏBƏRDARLIĞI + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabahdan, sentyabrın 23-dən Azərbaycanda havanın temperaturu iqlim normasından bir qədər aşağı enəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, 24-ü axşam, 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Sentyabrın 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 10 dərəcəyədək aşağı enəcəyi, sentyabrın 24-də 23-25, sentyabrın 25-də isə 20-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti və mülayim hava şəraitindən sonra sentyabrın 24-ü şimal və şərq rayonlardan başlayaraq havanın dəyişəcəyi, 26-dək qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, sentyabrın 24-dən 25-nə keçən gecə yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-12 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri