23 
Sen
2022
12:50
260
43
5584
Virtual karabakh

Sabah yağışlı hava olacaq - PROQNOZ + VİDEO

23 Sen, 2022
12:50
5584

Sabah yağışlı hava olacaq - PROQNOZ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 24-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 19-21, gündüz 23-25, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Əksər rayonlarda əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 16-20, gündüz 27-32, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri