23 
Sen
2022
14:46
4
89
871
Virtual karabakh

Qusarda yol qəzasında beş nəfər xəsarət alıb

23 Sen, 2022
14:46
871

Qusarda yol qəzasında beş nəfər xəsarət alıb

Qusar rayonunda yol qəzası baş verib, beş nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Qusar-Xudat avtomobil yolunun Balaqusar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, şahidlərin sözlərinə görə, VAZ-2107 markalı minik avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində Qusar rayon sakinləri, 1976-cı il təvəllüdlü Faizat Abduləziz qızı Vahabova, 1984-cü il təvəllüdlü Aynurə Mirəli qızı Kərimova, 1988-ci il təvəllüdlü Radmila Əliağa qızı Məmmədova, 1978-ci il təvəllüdlü Ulduz Gəncəli qızı Ağayeva və 1991-ci il təvəllüdlü Nadir Nasim oğlu Məhsimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların hamısı Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri