23 
Sen
2022
14:50
81
14
1926
Virtual karabakh

AMB rəsmisi: “Yeni qaydalarda vətəndaşların üçüncü şəxsə zərər vurmaq ehtimalı nəzərə alınacaq”

23 Sen, 2022
14:50
1926

AMB rəsmisi: “Yeni qaydalarda vətəndaşların üçüncü şəxsə zərər vurmaq ehtimalı nəzərə alınacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda sığorta qanunvericiliyinin yenilənməsi vətəndaşlara daha keyfiyyətli sığorta xidmətlərinin göstərilməsinə xidmət edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov məlumat verib.

Vüsal Qurbanov bildirib ki, Azərbaycan Mərkəzi Bankının sığorta sahəsində qəbul etdiyi yeni qaydalar sığortalıların məmnunluq səviyyəsinin yüksəlməsinə hesablanıb:

“Tətbiq ediləcək yeniliklərdən ikisi barədə məlumat verim. Belə ki, bu yeniliklər icbari avtomobil sığortası adlandırdığımız “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə yeni qaydaların tətbiqidir.

Bunlardan biri zərərlərin birbaşa tənzimlənməsi qaydasıdır ki, noyabrın 1-dən qüvvəyə minəcək. Bu qaydaya əsasən, sığorta hadisəsi vaxtı vətəndaş sığorta ödənişini almaq üçün şəhadətnamə aldığı şirkətə müraciət etməli olacaq. Bu da sığorta şirkətləri arasında müştəriyə daha yaxşı xidmət göstərmək istiqamətində rəqabətin yaranmasına gətirib çıxaracaq. Düşünürük ki, bu sığorta şirkətləri üçün də bir növ motivasiyası yaradacaq. Statistika və aparılan araşdırmalar onu göstərir ki, bu qayda sığortalıların məmnunluq səviyyəsinin yüksəlməsinə təkan verəcək.

İkinci yenilik isə oktyabrın 1-dən tətbiq edilməyə başlayacaq. Bu, sığorta haqlarının müəyyən edilməsi qaydasıdır. Bu qaydada dəyişikliyin məqsədi vətəndaşların 3-cü şəxsə zərər vurmaq ehtimalının nəzərə alınmasıdır. Belə ki, bu məqamı nəzərə alaraq sürücüləri nəqliyyat vasitələrini maksimum təhlükəsiz idarəetməyə çağırırıq. Bu dəyişiklik özü də bir neçə risk faktoruna görə dəyişəcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri