23 
Sen
2022
17:04
27
626
17947
Virtual karabakh

Bakıda baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO

23 Sen, 2022
17:04
17947

Bakıda baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Gömrük Akademiyasından Oxu.Az-a bildirilib ki, yol-nəqliyyat hadisəsi zamanı ölən qadın akademiyanın işçisi deyil. 

16:25

Bakıda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.

Oxu.Az-ın məlumatına görə, ölənlərdən biri Dövlət Gömrük Akademiyasının işçisi, biri isə tələbəsidir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə zamanı akademiyanın işçisi, 2000-ci il təvəllüdlü Rəsulova Sevgi Arzu qızı və oranın II kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu vəfat ediblər:

“Hər iki şəxs avtobusdan düşərək, yolu keçmək üçün qaçıblar. Nəticədə 99-XA-495 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili onları vurub”.

Qeyd edək ki, sürücü Eyvazov Firdovsi Əliş oğlu saxlanılıb.

Elvin Əzizlinin fotosu 

15:34

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayonunda Dövlət Gömrük Akademiyasının qarşısında yolu keçmək istəyən iki tələbəni avtomobil vurub. Nəticədə tələbələr dünyasını dəyişiblər. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir. Dünyasını dəyişən şəxslərin Dövlət Gömrük Akademiyasının tələbələri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri