24 
Sen
2022
14:26
137
21
1824
Virtual karabakh

Bakıda V Robot Olimpiadası keçirilir - FOTO

24 Sen, 2022
14:26
1824

Bakıda V Robot Olimpiadası keçirilir - FOTO

Bu gün Bakıda V Robot Olimpiadasının açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, açılış mərasimində Azərbaycan gənclər və idman nazirinin müavini İndira Hacıyeva, iştirakçı komandalar, komandalarda yarışan uşaqların valideynləri və tamaşaçılar iştirak ediblər.

İlk olaraq Vətənin azadlığı uğrunda şəhid olan qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.

Tədbirin açılış nitqini edən Azərbaycan gənclər və idman nazirinin müavini İndira Hacıyeva gənclərə uğurlar arzu edib.

İ.Hacıyeva əlavə edib ki, savadlı Azərbaycan gəncliyinin yetişməsi dövlətin marağında olan əsas məsələlərdəndir:

“İlk dəfə bu olimpiadada 20 nəfər iştirak edirdi. İndi isə iştirakçı komandaların sayı altı dəfə artaraq 124 olub”.

Daha sonra yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Rauf Cabbarov çıxış edib. O bildirib ki, bu yarışın keçirilməsində əsas məqsəd gələcək üçün savadlı kadrların artırılmasıdır:

“Əsas məqsədimiz gələcəkdə texnologiyanı bilən savadlı kadrlar hazırlamaqdır. Qələbə isə yalnız bu gün üçün lazımdır. Valideynlərdən də xahiş edirik ki, övladlarına dəstək olsunlar, onları sıxmasınlar. İştirakçılara isə demək istəyirəm ki, qalib gəlməsəniz də, ruhdan düşməyin”.

Daha sonra isə tədbir müxtəlif aviaşouların keçirilməsi ilə davam edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri