24 
Sen
2022
15:41
76
305
8079
Virtual karabakh

MİDA-nın yeni mənzillərinin satışı bitdi: Sentyabrın 28-də növbəti mərhələ olacaq - YENİLƏNİB + FOTO/VİDEO

24 Sen, 2022
15:41
8079

MİDA-nın yeni mənzillərinin satışı bitdi: Sentyabrın 28-də növbəti mərhələ olacaq - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilib. Sadəcə, vətəndaşların imzalanma prosesi davam edir".

Oxu.Az-ın məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı mətbuat konfransında bildirib.

O qeyd edib ki, vətəndaşların böyük hissəsi mənzil seçimini imzalayaraq, təsdiq edib:

“Mənzil seçimi ərizəsini imzalamayanlara növbəti günün sonuna kimi vaxt verilir. Hər hansı problem olarsa, vətəndaşlara bizim qurum tərəfindən köməklik ediləcək”.

F.Qurbanlı əlavə edib ki, sentyabrın 28-i, saat 15:00-da mənzillərin gözləmə qaydası seçimi başlayacaq:

“Bu gün mənzil seçən vətəndaşlar hər hansı bir səbəbdən mənzil əldə edə bilməsələr, həmin gün ev onlara təklif olunacaq. Həmin gözləmədə iki vətəndaş növbəli şəkildə evi seçə bilər. Gözləmədə birinci sırada seçim edən vətəndaşa həmin mənzil təklif ediləcək”.

Photostock.az tədbirdən görüntüləri lentə alıb.

Daha çox foto burada: Photostock.az

15:28

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilib.

Oxu.Az-ın məlumatına əsasən, ümumilikdə 18 binadan 815 mənzil seçilib.

MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı brifinqdə bildirib ki, bütün mənzillər seçilib:

“Əvvəlki mənzil seçimlərindən fərqli olaraq, bu dəfə vətəndaş evi seçdikdə digər mərhələyə keçməsi üçün beş saniyə müddət qoyulub. Buna səbəb sürətli keçidin qarşısının alınması olub”.

15:07

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ilk mənzil artıq seçilib.

Oxu.Az-ın məlumatına görə, mənzil seçimin 31-ci saniyəsində gerçəkləşib.

14:59

“Bu gün saat 15:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilir”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib. 

O qeyd edib ki, mənzil seçimlərinin edilməsi ilə bağlı proses hüquq-mühafizə orqanlarının nəzarətindədir.

F.Qurbanlı əlavə edib ki, ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri