25 
Sen
2022
16:52
346
17
1666
Virtual karabakh

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirildi - FOTO

25 Sen, 2022
16:52
1666

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirildi - FOTO

Heydər Əliyev adına Hərbi İnstitutda və Cəmşid Naxçıvanski adına hərbi liseydə 2022-ci il sentyabrında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhlarının daim uca tutulması məqsədi ilə “Şəhidlər ölməz - Vətən bölünməz!” adlı anım tədbirləri keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirliyin və ictimaiyyətin nümayəndələrinin, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbənin əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaətindən, eləcə də 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına qarşı bölmələrimiz tərəfindən görülən qətiyyətli cavab tədbirlərindən danışıblar.

Sonra Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə və şəhidlərimizin şərəfli döyüş yoluna həsr olunan videoçarxlar nümayiş olunub.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti və xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları qəhrəmanlığı, vətənpərvərliyi, igidliyi tərənnüm edən bədii kompozisiyalar təqdim ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri