26 
Sen
2022
11:00
10
200
4444
Virtual karabakh

Tovuzda nazirliyin işçisi faciəvi şəkildə öldü

26 Sen, 2022
11:00
4444

Tovuzda nazirliyin işçisi faciəvi şəkildə öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin traktorçusu bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 25-də Tovuzun Hacallı kəndində baş verib. Mərkəzin əməkdaşı, 1972-ci il təvəllüdlü Asif Şamilov ərazidə saxlanılan traktorun qəfil hərəkətə başlayaraq yoxuşdan üzüaşağı getdiyini görüb. O, özünü yetirərək traktoru saxlamağa çalışıb. Lakin bu zaman ehtiyatsızlıqdan traktorun altına düşərək ağır xəsarətlər alıb. Xəstəxanaya çatdırılsa da, 50 yaşlı kişini xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri