26 
Sen
2022
14:11
156
22
2343
Virtual karabakh

Bakı sakininin avtomobilindən beşbarmaq və dəmir dəyənək götürülüb

26 Sen, 2022
14:11
2343

Bakı sakininin avtomobilindən beşbarmaq və dəmir dəyənək götürülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 24-də saat 16 radələrində Hacıqabul rayonu ərazisində yerləşən postda “Khazar” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

DİN-dən verilən məlumata görə, yoxlama zamanı sürücü, Bakı şəhər sakini Qulam Məmmədovun həmin avtomobili narkotik vasitənin təsiri altında, həmçinin etibarnaməsiz və müddəti bitmiş sürücülük vəsiqəsi ilə idarə etdiyi müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332-ci və 334-cü maddələri ilə protokol tərtib olunaraq Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan marixuana, heroin, 10 ədəd metadon, 18 ədəd tramadol, altı ədəd klonazepam, 34 ədəd preqabalin həbləri, həmçinin beşbarmaq, bıçaq və dəmir dəyənək aşkar olunaraq götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri