26 
Sen
2022
14:17
274
23
5506
Virtual karabakh

Anım Gününə hazırlaşan Bakı - FOTOREPORTAJ

26 Sen, 2022
14:17
5506

Anım Gününə hazırlaşan Bakı - FOTOREPORTAJ

Sabah, sentyabrın 27-si Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Anım Günü ilə bağlı hazırlıqlara başlanılıb.

Belə ki, ölkə ərazisində keçirilməsi nəzərdə tutulan tədbirlər çərçivəsində Bakının bir sıra küçə və prospektlərində Azərbaycanın Dövlət Bayrağı asılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Daha çox foto burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri