26 
Sen
2022
15:11
165
16
1436
Virtual karabakh

“YAŞAT” tələbə olan şəhid övladlarına pul mükafatı təqdim edib - FOTO

26 Sen, 2022
15:11
1436

“YAŞAT” tələbə olan şəhid övladlarına pul mükafatı təqdim edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov 2022-23-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid övladları ilə görüşüb, yeni tədris ilində onlara uğurlar diləyib. Fond tərəfindən onlara birdəfəlik pul mükafatı - 2000 AZN təqdim edilib.

Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.

Bildirilib ki, ilk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular təqaüdlə bağlı ətraflı məlumatı “8110” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri