26 
Sen
2022
21:19
43
272
2140
Virtual karabakh

Gəncədə kanal daşdı: Küçələrə və evlərin həyətlərinə çirkab doldu - VİDEO

26 Sen, 2022
21:19
2140

Gəncədə kanal daşdı: Küçələrə və evlərin həyətlərinə çirkab doldu - VİDEO

Gəncədə bir necə küçədən kecən “Xan arx”ı kanalı daşıb.

Arxın daşması nəticəsində kanalizasiya suları yollarda çətin vəziyyət yaradıb.

Səhər saatlarından etibarən Bayan, Təbriz və Eminbəyli küçələrində xoşagəlməz mənzərələr yaranıb. 

Tullantı dolu su küçələrdə nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib. 

Mənbəyini Gəncəçayın Firuzabad qəsəbəsində yerləşən su qurğusundan götürən kanal şəhərin bir sıra küçələrindən keçir.

Sakinlərin sözlərinə görə, kanala tullantılar atılır, nəticədə tutulmalar yaranır. Bu isə son nəticədə kanalın daşmasına səbəb olur. 

Məsələ ilə bağlı Göygöl Suvarma Sistemləri İdarəsindən bildirilib ki, bu vəziyyət tez-tez təkrarlanır və idarə əməkdaşları ərazidə təmizlik işləri aparırlar.

Sahə rəisinin sözlərinə görə, kanalın üstünün örtülməsi məsələsi hələ ki, gündəmdə deyil.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri