27 
Sen
2022
12:40
252
8
1019
yuxarı
Səhiyyə Nazirliyində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
27 Sen, 2022
12:40
1019
252
8
Səhiyyə Nazirliyində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Bu gün Vətən müharibəsinin başlanmasından iki il keçir.
Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin rəhbərliyi və kollegiya üzvləri saat 12-də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, Azərbaycanın qəhrəman övladları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. T.Musayev 30 illik həsrətə şəhidlərimizin qanı, eyni zamanda əsgər və zabitlərimizin döyüşlərdə böyük fədakarlığı hesabına son qoyulduğunu vurğulayıb.