27 
Sen
2022
15:22
152
12
905
Virtual karabakh

Böyük zəfərimizin memarları region gəncləri tərəfindən anılıb - FOTO

27 Sen, 2022
15:22
905

Böyük zəfərimizin memarları region gəncləri tərəfindən anılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

27 Sentyabr – Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Anım Günündə Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbə uğrunda şəhidlik zirvəsinə ucalmış igidlərimizi yad etmək məqsədilə silsilə anım tədbirləri həyata keçiriblər.

Tədbirlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəliklərinin təşkilatçılığı ilə gənclərin rayon ərazisində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanını ziyarət etməsi ilə başlayıb. Gənclər ilk öncə abidə önünə, daha sonra vətənimizin azadlığı, müstəqilliyi və qəhrəman  şəhidlərimizin məzarları üzərinə gül qoyaraq, onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra bölgələrdə müharibə iştirakçıları və qazilərlə görüşlər keçirib, şəhidlərimizə həsr edilmiş “Zəfərin izləri” adlı rəsm sərgisi, ağacəkmə aksiyaları, veloyürüşlər təşkil olunub. Anım Gününə həsr edilmiş “Görünməyən qəhrəmanlar”, “Kod adı - Yaşma” adlı filmlər nümayiş etdirilib.

Şəhidlərimiz gənc nəsil üçün təkcə qəhrəmanlıq nümunəsi deyil, həm də Vətənə sədaqət rəmzidirlər. Azərbaycan gəncləri zəfərimizin səbəbkarlarını heç bir zaman unutmayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri