27 
Sen
2022
19:13
205
17
848
Virtual karabakh

Tələbə gənclər Vətənin qəhrəman övladlarını ehtiramla yad ediblər - FOTO

27 Sen, 2022
19:13
848

Tələbə gənclər Vətənin qəhrəman övladlarını ehtiramla yad ediblər - FOTO

Tariximizə qanları ilə şanlı Zəfər yazan şəhidlərimizin Anım Günü ilə əlaqədar olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən silsilə tədbirlər keçirilib.

Həyata keçirilmiş layihələr, yürüşlər, ekskursiyalar, tədbirlər və konfranslar fonunda tələbə gənclər Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində şəhid olan igidlərimizin xatirəsini ehtiramla yad ediblər.

“ÇƏTİR” proqramı çərçivəsində Vətənpərvərlik klubları şəbəkəsi tərəfindən qazilərlə görüşlər, Şəhidlər Xiyabanına ziyarət və yürüşlər, İntellektual oyunlar klubları şəbəkəsinin təşkilatçılığı ilə Xəmsə intellektual turniri, İncəsənət klubları şəbəkəsi tərəfindən isə film nümayişi və rəsm sərgisi təşkil olunmuşdur.

“Hədəf 10%” və “ON1000” proqramları çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən ayrı-ayrı TGT-lər tərəfindən də silsilə layihələr həyata keçirilib. Belə ki, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Tibb Universiteti,  Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və digər təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə keçirilən layihələr çərçivəsində tədbir və görüşlər, intellektual yarışlar, “Əbədi Yaşayanlar” xatirə muzeyinə ekskursiya, Bakı və regionlarda yürüşlər təşkil olunmuş, Vətənin bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin ailələri ziyarət olunmuşdur.

Təşkil olunan silsilə tədbirlər Vətən müharibəsində şücaət göstərmiş qəhrəmanlarımızın əziz xatirəsinin daim tələbə gənclərin qəlbində yaşadığını, hər zaman ehtiram və sevgi ilə anıldığını bir daha göstərdi. Bu gün qalib Azərbaycan gəncliyi həm ön, həm arxa cəbhənin qəhrəmanları olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dəmir yumruq kimi hər zaman birləşməyə hazır olub və bundan sonra da hazır olacaqdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri