28 
Sen
2022
14:37
48
180
8945
Virtual karabakh

Azərbaycanda hərbi rütbəli şəxslərin pensiyası ilə bağlı qaydaya dəyişiklik edilir

28 Sen, 2022
14:37
8945

Azərbaycanda hərbi rütbəli şəxslərin pensiyası ilə bağlı qaydaya dəyişiklik edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda hərbi rütbəli şəxslərin pensiyası ilə bağlı qaydaya dəyişiklik edilir.

“Report”un xəbərinə görə, bu, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış “Əmək pensiyaları haqqında” dəyişiklikdə əksini tapıb.

Belə ki, qanunun birinci maddəsinə dəyişiklik olunur. Təminat xərcliyinə (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

Qanunun 1.0.5-ci maddəsinə təklif edilən bu dəyişiklik bu qanunun 29.1-ci maddəsinə təklif edilən dəyişiklik ilə bağlıdır. Belə ki, pensiya hüququ əldə edən hərbi rütbəli şəxslərin əməkhaqqındakı sonrakı artımlar əsasında deyil, ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun qaydada təminat xərcliyinə əsasən pensiya alan hərbi rütbəli şəxslərin əmək pensiyasının ümumi məbləğinin hər il yenidən hesablanaraq artırılması onların sosial müdafiəsinin yaxşılaşdırılması ilə yanaşı, əmək pensiyalarının indeksləşdirilməsi metodologiyasında vahid yanaşmaya nail olunmağı məqsədi ilə hər il yenidən hesablanması üçündür.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri