28 
Sen
2022
21:25
28
144
1884
Virtual karabakh

Tərs Yer kəndinin tərsə düşən problemi - VİDEO

28 Sen, 2022
21:25
1884

Tərs Yer kəndinin tərsə düşən problemi - VİDEO

Gədəbəy rayonunun Tərs Yer kəndinin sakinləri işıq üzünə həsrətdirlər. 100-ə yaxın ailə illərdir ki, bu problemin həll olunacağı günü gözləyir.

Elektrik xətlərinin yararsız halda olduğunu deyən sakinlər külək əsəndə üç-dörd gün işıqsız qaldıqlarını deyirlər.

Qeyd edək ki, Tərs Yer kəndi Gədəbəyin Moruxlu inzibati ərazi dairəsinə aiddir. Lakin həmin dairədən 80 km uzaqda - Tovuz rayonuna yaxın ərazidə yerləşdiyindən kəndin kommunal infrastrukturu Tovuzun aidiyyəti qurumları tərəfindən təmin olunur. 

Məsələ ilə bağlı Tovuz Rayon Elektrik Şəbəkəsindən bildirilib ki, kəndin elektrik təsərrüfatı layihələndirilib. Mərhələ ilə orada tam yenidənqurma işi gedəcək.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri