28 
Sen
2022
17:42
25
141
3275
Virtual karabakh

Heyvan dişləməsinə məruz qalan şəxs həkimə gedənədək hansı tədbirləri görməlidir? - AÇIQLAMA

28 Sen, 2022
17:42
3275

Heyvan dişləməsinə məruz qalan şəxs həkimə gedənədək hansı tədbirləri görməlidir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heyvan dişləməsinə məruz qalmağın ucunda ölüm var, çünki quduzluq virusu sinir sistemini zədələyir, ona görə də vətəndaşlar onları və ya övladlarını heyvan dişləyən zaman qeydiyyatda olduqları yerdən asılı olmayaraq, dərhal poliklinikaya yaxınlaşsınlar. Rayon yerində belə bir hadisə baş verdikdə, əgər həftəsonudursa, mərkəzi rayon xəstəxanasında növbətçi həkim olur, oraya yaxınlaşa bilərlər. Cərrah həkim orada vəziyyətə baxır və mütləq sıfırıncı iynəni vurur”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ceyran Cəfərova nazirliyin rəsmi “Instagram” hesabındakı canlı yayım zamanı deyib. 

“Müalicə müddəti elə də uzun olmur, bir aya başa çatır. Əgər şəxs əlavə dərman vasitəsi qəbul edirsə, həkimə onu bildirməlidir. Çünki bu quduzluq əleyhinə vaksin vurulduqda əlavə reaksiyalar verə bilər. Vaksin vuranda, onsuz da, onun reaksiyası olur. Həmçinin müalicə zamanı qidalara da diqqət edilməlidir, spirtli içkilər içilməməlidir. Qidalanmaya fikir vermədikdə vəziyyət ağırlaşa bilər”, - deyə həkim əlavə edib. 

Ceyran Cəfərova heyvan dişləyən şəxsin həkimə gedənədək hansı ilkin tədbirləri görməli olduğunu da deyib:

“Həmin hissə 72 faizlik sabunla minimum 15 dəqiqə yuyulmalıdır. Bu, vaksinasiyaya qədər sağalmağa kömək edir. Həmçinin spirt və yodla həmin hissə silinə bilər. Daha sonra isə dərhal tibb müəssisəsinə müraciət edilməlidir”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri