28 
Sen
2022
18:26
18
300
2176
Virtual karabakh

Şəhla Həsənova: “İl ərzində 300-ə yaxın vaxtından əvvəl doğuş gerçəkləşdirilib” - FOTO

28 Sen, 2022
18:26
2176

Şəhla Həsənova: “İl ərzində 300-ə yaxın vaxtından əvvəl doğuş gerçəkləşdirilib” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cari ilin sentyabrın 1-nə qədər olan məlumata əsasən, Quba Rayon Perinatal Mərkəzdə 10 uşaq ölümü qeydə alınıb”.

Oxu.Az xəbər verir ki, bu barədə Quba Rayon Perinatal Mərkəzin direktoru Şəhla Həsənova məlumat verib.

O bildirib ki, ölən uşaqlar həddən artıq az çəkili və riskli hamiləlikdən doğulan uşaqlar olub:

“Hazırda klinikada ən az çəkili uşaq 990 qramdır və oğlan uşağıdır. Ailənin səkkiz ildən sonra dünyaya gələn ilk övladıdır və hamiləliyin 27-ci həftəsində dünyaya gəlib. Vəziyyəti orta-ağırdır. Həyatda saxlanılması üçün həkimlər əllərindən gələn hər şeyi edirlər. Ümumilikdə hazırda küvəzdə beş vaxtından əvvəl doğulan körpə var”.

O qeyd edib ki, il ərzində 300-ə yaxın vaxtından əvvəl doğuş gerçəkləşdirilib:

“Ölkədə ən aşağı körpə ölümü məhz burada qeydə alınıb. Körpə ölümü 5,8 promildir. Ümumilikdə isə bu il 1800-ə yaxın körpə dünyaya gəlib”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri