29 
Sen
2022
15:30
9
158
2608
Virtual karabakh

Hacı Tahirin dələduzluqda ittiham edilən oğlu: “Səkkiz dəfə Məkkədə olmuşam”

29 Sen, 2022
15:30
2608

Hacı Tahirin dələduzluqda ittiham edilən oğlu: “Səkkiz dəfə Məkkədə olmuşam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həcc ziyarəti zamanı tanış olduğu şəxsdən gömrükdən mal keçirmək adı ilə pul alan şəxs barəsində cinayət işi başlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Hüseynağa Şahmarova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda H.Şahmarov barəsində ittiham aktı elan olunub. Məhkəmədə məlum olub ki, H.Şahmarov gömrük brokeri kimi fəaliyyət göstərib. O, Məkkədə Həcc ziyarətində olarkən tanış olduğu Ceyhun adlı şəxsdən 4 min manat pul alıb.

Belə ki, H.Şahmarov Bakı Baş Gömrük İdarəsində Ceyhuna məxsus 3 TIR mal olduğunu və idarədən buraxılmadığını öyrənib. Təqsirləndirilən şəxs Ceyhuna həmin malları gömrük yoxlanışından sürətli şəkildə keçirəcəyinə dair vəd verib.

Orada çalışan Dövlət Vergi Xidmətinin əməkdaşları ilə şəxsi tanışlıqları sayəsində 2 maşın malı ərazidən buraxdırıb. Üçüncü maşında riskli mallar olduğu üçün idarədən buraxılmayıb. Bu zaman Ceyhun etiraz edərək, mallarının buraxılmağı üçün pul verdiyini deyib. Bundan sonra işin üstü açılıb və Ceyhun H.Şahmarova hər maşına görə 2 min manat pul verdiyini bildirib.

Məhkəmədə ifadə verən H.Şahmarov pulu rüşvət qismində almadığını deyib:

“Mən 8 dəfə Məkkədə olmuşam, haram pul yeyən deyiləm. Mən vergidə müavin işləyən Cavid müəllimi tanıyırdım. Broker kimi orada Cavid müəllimlə ünsiyyətimiz çox olurdu. Ondan xahiş etdim ki, Ceyhunun mallarını buraxsınlar. Ceyhun da pulu özü mənə verdi ki, əziyyət çəkmisən. Sonra da pulu özünə qaytarmışam”.

Məhkəmə istintaqı davam edir.

Qeyd edək ki, H.Şahmarov Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, “Təzə Pir” məscidində imamın müavini işləyən Hacı Tahirin (Tahir Şahmarov) oğludur. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri