29 
Sen
2022
19:24
18
248
2191
Virtual karabakh

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı: Xəsarət alanlar var - FOTO

29 Sen, 2022
19:24
2191

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı: Xəsarət alanlar var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobilin sürücüsü, Yevlax rayon sakini 48 yaşlı Xəlil Xəlilov Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq bir neçə dəfə aşıb.

Hadisə zamanı sürücü və onun sərnişini 44 yaşlı Mingəçevir sakini Əhmədzadə Rəşad Nizami oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazlrda faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri