30 
Sen
2022
12:10
81
468
12299
Virtual karabakh

Murad Arif Rəhim Rəhimli barədə: “Ona layiqli qiymət verilmədi” - YENİLƏNİB

30 Sen, 2022
12:10
12299

Murad Arif Rəhim Rəhimli barədə: “Ona layiqli qiymət verilmədi” - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ona layiqli qiymət verilmədi”.

Bu sözləri Oxu.Az-a açıqlamasında müğənni Murad Arif deyib.

Onun sözlərinə görə, Azərbaycan şou-biznesi və mediası Rəhimi layiqincə qiymətləndirməyib.

“Xatirələrim işıqlı və parlaqdır. Xətri həmişə əziz olub. Müxtəlif məqamlarda onun mənə, mənim ona dəstəklərimiz olub. O, heç vaxt unudulmayacaq. İnsanın istedadı həqiqətən də hər kəsdən fərqli və parlaq idi. Xarici ölkələrdə belə deyil. Bütün işləri pərakəndə görürdü. Sosial şəbəkələri idarə etmirdi. Həmişə deyirdim ki, bəstəkar albomu hazırla. Onun işi ancaq yaratmaq idi. Gərək kimlərsə edərdi. Belə adamlar az idi. Rəhim Türkiyədə doğulsaydı, ən yüksəkdə dayanan isimlərdən olacaqdı. Amma Rəhim buna üzülmürdü. Daha yüksək mövqelərdə olmağını istəyirdik, yeri dolmayacaq, mahnıları səslənəcək”.

11:46

“Son görüşdə incik ayrıldı”.

Bu sözləri Oxu.Az-a açıqlamasında aparıcı Turan İbrahimov deyib.

Onun sözlərinə görə, mərhum müğənni uşaqlıq dostu olub.

“Rəhim mənim uşaqlıq dostumdur. Buradakı evi ilə bağlı xatirələrimiz var. Heç məşhur olmamışdı. Axır vaxtlar görüşə bilmirdik. Özünə qapanmışdı. İncik ayrıldıq. Çox istedadlı insan idi. Biz yeniyetmə olanda fərqli xəyallarımız olub. Xoş olmayan hadisələr olub. Çox şey deyə bilərəm yaxşı mənada”.

11:19

“O, mənə çox dəstək olub”.

Bu sözləri Oxu.Az-a açıqlamasında müğənni Nihat Məlik deyib.

N.Məlik xəbəri səhər saatlarında eşitdiyini bildirib:

“Üzücü xəbər oldu. Biz tez-tez görüşürdük. 2 ay idi ki, İstanbulda idim. Gecə gəlmişəm. Şou-biznesin ən mərdlərindən idi. O, mənə çox dəstək oldu. Mənim kimi gənc sənətçilərə dəstək olub. Çox şey öyrədib. Harada görürdüsə, məsləhət verirdi. Saatını çıxarıb verirdi ki, səhnəyə belə çıx. Rəhim belə insan idi”.

10:55

“Azərbaycanın istedadlarından biri dünyadan köçdü”.

Bu sözləri Oxu. Az-a açıqlamasında “Qurd” ləqəbli repçi Fərid Eminov deyib.

Onun sözlərinə görə, mərhumla sonuncu dəfə iki ay öncə görüşüblər.

“Hər kəsə daim dəstək olub. Allahın qisməti belə imiş. Sonuncu dəfə bir studiyada görüşmüşük. Təqribən 2 ay öncə. Səhhətindəki problem hiss olunmurdu. Azərbaycanın istedadlarından biri dünyadan köçdü”.

10:43

“25 illik dostumu itirdim”. 

Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum müğənninin dostu Mirzə Məmmədov deyib. 
Dostunun sözlərinə görə, o 3-4 il ürək çatışmazlığından əziyyət çəkib. 

“Ürəyinin 15 faizi işləyirdi. Bu evdə anası ilə birlikdə yaşayırdı. Gecə 3-də rəhmətə getdi. 25 ildir ki, burada yaşayırıq. Biz qonşu yox, dost olmuşuq. Mahnı yazan kimi gəlib mənə dinlədirdi. Çox gözəl günlərimiz olub”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri