Okt
2022
12:32
104
13
711
Virtual karabakh

Ötən sutka ərzində FHN tərəfindən 41 yanğına çıxış əməliyyatı həyata keçirilib - VİDEO

1 Okt, 2022
12:32
711

Ötən sutka ərzində FHN tərəfindən 41 yanğına çıxış əməliyyatı həyata keçirilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 41 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat paylaşıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 11 nəfər, o cümlədən avtoqəzalar zamanı 6 nəfər xilas edilib. Həmçinin, 3 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri