Okt
2022
17:23
71
319
7608
Virtual karabakh

Zaqatalada tarixi şəxsiyyətlərin heykəllərindəki yanlış yazı düzəldildi - YENİLƏNİB + FOTO

1 Okt, 2022
17:23
7608

Zaqatalada tarixi şəxsiyyətlərin heykəllərindəki yanlış yazı düzəldildi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada tarixi şəxsiyyətlərin abidəsi üzərindəki yanlış yazılar düzəldildi.

Oxu.Az xəbər verir ki, rayonun Nizami prospektində, Zaqatala Mədəniyyət Evinin qarşısında quraşdırılan Hüseyn Cavidin abidəsi üzərindəki “Hüseyin Cavid” və Xurşidbanu Natəvanın abidəsi üzərində yazılan “Xurşudbanu” yazısı düzgün forması ilə əvəz edilib. 

Həmin fotoları təqdim edirik:

12:24

Zaqatalada abidə üzərində Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin adı səhv yazılıb.

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı fotolar sosial şəbəkələrdə yayılıb. Belə ki, rayonun Nizami prospektində, Zaqatala Mədəniyyət Evinin qarşısında yerləşən abidədə Hüseyn Cavidin adı “Hüseyin Cavid” formasında qeyd edilib. 

Bununla yanaşı Azərbaycan şairi və xeyriyyəçisi olan Xurşidbanu Natəvanın adı isə “Xurşudbanu” kimi qeyd edilib. Fotofaktlar sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. 

Qeyd edək ki, məsələ ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verən olmadı.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri