Okt
2022
14:08
116
11
2512
Virtual karabakh

AMEA-nın mətbuat katibi vəzifəsindən azad edilib? - AÇIQLAMA + FOTO

1 Okt, 2022
14:08
2512

AMEA-nın mətbuat katibi vəzifəsindən azad edilib? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayevanın vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb. 

A.Balayevə Oxu.Az-a açıqlamasında birbaşa vəzifədən azad edilmədiyini, sadəcə Nazirlər Kabinetinin qərarı ilə AMEA-da struktur dəyişikliyi olduğunu və bütövlükdə mətbuat katibi postunun ləğv edildiyini diqqətə çatdırıb:

“İşdən azad olunduğumu demək doğru olmaz. Çünki AMEA-da struktur dəyişikliyi olub. Artıq sadəcə İnformasiya şöbəsi fəaliyyət göstərəcək, orada isə məndən əvvəl fəaliyyət göstərən şəxs var. Hazırda başqa bir yerə təyinat almamışam”.

Azadə Balayeva bildirib ki, yaxın günlərdə AMEA-nın institutlarından birində ictimaiyyətlə əlaqələr şöbəsində çalışmağa başlayacağı gözləniləndir. 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın yeni strukturu təsdiqlənib. Bu struktura uyğun olaraq 22 elmi müəssisə fəaliyyət göstərəcək və ümumi işçilərin sayı 3 510 nəfər olacaq.  

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri