Okt
2022
11:15
207
32
2538
Virtual karabakh

İqtisadçı: “ƏDV-nin ləğv olunması sosial həssas təbəqənin maddi rifahına təsir göstərəcək”- FOTO

3 Okt, 2022
11:15
2538

İqtisadçı: “ƏDV-nin ləğv olunması sosial həssas təbəqənin maddi rifahına təsir göstərəcək”- FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ərzaq məhsullarının qiymətinin bahalaşması hələ də günün ən aktual məsələlərindən biridir. Bahalaşmanın qarşısını almaq üçün müxtəlif təkliflər irəli sürülüb. Onlardan biri də əlavə dəyər vergisinin (ƏDV) ləğv olunmasıdır.

Xatırladaq ki, Milli Məclisin ötən günlərdə keçirilən iclasında deputatlar ərzaq məhsullarının bahalaşmasını önləmək istiqamətində fikirlər səsləndiriblər. Bildirilib ki, pərakəndə satış müəssisələrində ərzaq məhsullarına da, digər məhsullar kimi, 18 faiz əlavə dəyər vergisi (ƏDV) tətbiq edilir və bu məbləğ indiki halda olduqca çoxdur. Ona görə də ƏDV-nin faizini endirmək və ya onun tamamilə ləğv olunması daha məqsədəuyğundur.  

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, bu, bahalaşma ilə mübarizə üsulu deyil:

“Bu gün bahalaşma ilə mübarizədə əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən hansı bir formada dəstək olması üçün ƏDV-nin azaldılması təsnif edilib. Bəzi iqtisadçılar bunu 2 və ya 5 faizdə saxlamağı düşünür, 18 faizə endirmək kimi göstərirlər. Ümumiyyətlə bu cür təcrübə bir neçə ölkədə həyata keçirilib. Türkiyədə də olub. Çox da böyük effekt verməyib”.

E.Kərimli qeyd edib ki, ƏDV-nin ləğv olunması sosial həssas təbəqənin maddi rifahına təsir göstərəcək:

“Mən hesab edirəm ki, bu bahalaşma ilə mübarizə üsulu deyil. Sadəcə qeyd etdiyim ki, imkansız təbəqənin maddi rifahına təsir göstərəcək. ƏDV-nin 10-12 faiz azaldılması o təbəqədən olan insanlara müəyyən dəstək ola bilər”.

Ekspert əlavə edib ki, ƏDV-ni ləğv etmək olmaz:

“Ümumiyyətlə dünyanın heç bir yerində ƏDV ləğv oluna bilməz. Çünki ƏDV dövlət büdcəsini formalaşdıran gəlirlər vergisi sırasındadır. Büdcə gəlirlərin azaldılması ilə nəticələnir. Dövlət sektoruna maaşların, pensiyaların verilməsinə mənfi təsir göstərə bilər”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri