Okt
2022
13:36
18
189
3048
Virtual karabakh

Vətən müharibəsi zamanı evinə ziyan dəyən Ağdam sakini narazıdır - FOTO

3 Okt, 2022
13:36
3048

Vətən müharibəsi zamanı evinə ziyan dəyən Ağdam sakini narazıdır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayon sakini 44 günlük Vətən müharibəsində evinə dəyən ziyanın ödənilməməsindən narazıdır.

Bu barədə Oxu.Az-a rayonun Çəmənli kənd sakini Ədalət Məmmədov bildirib. 

Onun sözlərinə görə, müharibə zamanı evinə iki top mərmisi düşüb:

“Nəticədə evimin bir tərəfi tamam uçub, digər otaqlarda isə çatlar yaranıb. Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşları evin yararsız hala düşməsi ilə bağlı qeydiyyat aparıblar və dəfələrlə baxış keçirilib. Amma heç bir nəticə yoxdur. Mənə İcra Hakimiyyətindən bildirilər ki, məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Nazirlər Kabinetinə müraciət olunmalıdır.

Komitə isə bildirir ki, ancaq Ağdam Rayon İcra Hakimiyyəti rəy verərsə, köməklik göstərilə bilər”.

Ə.Məmmədov qeyd edib ki, 2016-cı ildə də evinə top mərmisi düşübmüş:

“Həmin vaxt evim bərpa olundu, indi isə təmirə yaxın durmurlar”.

Ağdam Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Vətən müharibəsi zamanı ermənilər tərəfindən atılan top mərmisi vətəndaşın evinə ziyan vurub:

“Nazirlər Kabinetinin işçi qrupu evə baxış keçirən zaman evi bərpa kateqoriyasına saldılar. Lakin vətəndaş bununla razılaşmadı və evinin yenidən tikilməsini istəyir. Məsələ barədə İcra Hakimiyyəti Nazirlər Kabinetinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edib. Yaxın günlərdə evin kateqoriyasının dəyişdirilməsi üçün yenidən baxış keçiriləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri