Okt
2022
12:48
22
235
2897
Virtual karabakh

Əhaliyə XƏBƏRDARLIQ: Maqnit qasırğası davam edəcək

3 Okt, 2022
12:48
2897

Əhaliyə XƏBƏRDARLIQ: Maqnit qasırğası davam edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son üç gün ərzində Günəş aktivliyi yüksək səviyyədə olub. Günəş səthində aktiv oblastlarda radiosiqnalların orta təsirli - güclü kəsilmələrinə səbəb olan M və radiosiqnalların daha güclü kəsilmələrini yaradan böyük X1 alışmaları baş verib. 

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının məlumatına görə, oktyabrın 1-də baş verən üç tac kütlə atılmasının analizi göstərib ki, sonuncu tac kütlə atılması özündən əvvəlki iki tac kütlə atılmasını qabaqlayaraq Yerə daha tez  - oktyabrın 4-də gecə saatlarında çatacaq. 3-5 oktyabr tarixləri üçün Günəş aktivliyi yüksək səviyyədə olacaq. 

Oktyabrın 1-də baş vermiş tac kütlə atılmasının Yerə yaxınlaşması nəticəsində oktyabrın 3-də geomaqnit sahədə mülayim, oktyabrın 4-də isə orta-mülayim səviyyəli geomaqnit qasırğası yaranacaq. Oktyabrın 5-də geomaqnit sahə sakit və aktiv səviyyədə olacaq.

Oktyabrın 3-də Günəşdə alışmaların baş vermə ehtimalı C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 70% və X sinif alışmalar üçün isə 30%-dir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri