Okt
2022
15:59
355
69
13662
Virtual karabakh

Azərbaycanlı deputatın oğlunun Türkiyədə oğurlanması iddiası ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

3 Okt, 2022
15:59
13662

Azərbaycanlı deputatın oğlunun Türkiyədə oğurlanması iddiası ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun köməkçisi Raqif Xəlilov Manset.az-a açıqlamasında deputatın oğlunun Türkiyədə oğurlanması ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib.

O, qeyd edib ki, millət vəkilinin oğlu Azər Əmiraslanovun oğurlanması ilə bağlı yayılan xəbərlər doğru deyil.

14:04

Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb.

Bakupost.az-ın məlumatına görə, oğurlanan şəxs Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovdur.

Saytın mənbəsi iddia edir ki, Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir.

Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığı bildirilib.

Məsələ ilə bağlı saytın deputat Əhliman Əmiraslanovla əlaqə yaratmaq cəhdi baş tutmayıb.

Deputatın köməkçisi Raqif Xəlilov isə məsələni araşdırıb məlumat verəcəyini desə də, sonradan Ə.Əmiraslanovla əlaqə saxlaya bilmədiyini qeyd edib: “Zəng etdim açmadı. Günün ikinci yarısı yenidən əlaqə saxlayacağam”.

Qeyd edək ki, mövzu ilə bağlı ilk məlumatı musavat.com yayıb.

Bildirilib ki, deputatın oğlu separatçı kürd qruplaşmanın üzvləri tərəfindən oğurlanıb və azadlığa buraxılması üçün öncə 10 milyon dollar tələb olunub. Danışıqlardan sonra deputatın oğlunun 5 milyon dollar qarşılığında sərbəst buraxıldığı və hazırda Bakıda olduğu vurğulanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri