Okt
2022
15:45
262
14
2425
Virtual karabakh

İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib - FOTO

3 Okt, 2022
15:45
2425

İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vandalizm aktlarından zərər çəkən Qala divarları tamamilə bərpa edilib.

Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Son bir il ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dəfələrlə vandalizm aktları ilə qarşılaşıb – monitorinq nəticəsində 70-dən çox zərəryetirmə faktı aşkarlanıb. Bir müddət əvvəl ictimaiyyətə dünya əhəmiyyətli abidə olan Qala divarlarına qarşı vandalizm aktı barədə məlumat verilib. Qala divarını zədələyən şəxslər aidiyyəti strukturlarla birlikdə vaxtında müəyyən edilib və barələrində qanuni tədbirlər görülüb.

Qala divarında vandalizm izlərinin aradan qaldırılması istiqamətində aparılan bərpa işləri ötən həftə başa çatdırılıb. İş beynəlxalq təcrübəyə malik mütəxəssislərin nəzarəti altında yerli heyət tərəfindən həyata keçirilib.

“Bir daha qeyd edirik ki, İçərişəhər və Qala qoruqları Azərbaycan Respublikasının tarixi irsinin bir hissəsidir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biri də dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunmasıdır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu gün böyük məmnuniyyətlə elan edir: “İçərişəhərin dəbdəbəli memarlıq incisi olan Qala divarları vandalların izlərindən tamamilə təmizlənib”, - deyə qurumdan bildirilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri