Okt
2022
18:50
22
158
1618
Virtual karabakh

“Faciə otağı”, dondurulmuş zaman: Hüseyn Cavidin qısa ömründən geri qalanlar - REPORTAJ

3 Okt, 2022
18:50
1618

“Faciə otağı”, dondurulmuş zaman: Hüseyn Cavidin qısa ömründən geri qalanlar - REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gördüyünüz ev Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə 1898-1901-ci illərdə tikilib. Bir zamanlar Hüseyn Cavid ailəsinin yaşadığı mənzil bu gün muzey kimi fəaliyyət göstərir. 

Bina əslində Qızlar Gimnaziyası üçün tikilsə də, binanın birinci və ikinci mərtəbələri 1920-1930-cu illərdə “Darülmüəllimin gimnaziyası” kimi fəaliyyət göstərib. Həmin məktəbin müəllimlərinə binanın üçüncü mərtəbəsində qalmaq üçün yer verilib. Məhz həmin illərdə Cavid də bu binada məskunlaşıb. Ədibin ailəsi bu evdə cəmi 17 il (1920-1937) yaşaya bilib.

Binaya daxil olub üçüncü mərtəbəyə qalxan zaman qarşınıza çıxan Hüseyn Cavidin heykəli ilə başlayır qısa və dəyərli ömür yolundan qalan xatirələr...

Burada Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkilləri, əsərlərinin ilk nəşrlərini, onun ailə üzvlərinə və özünə məxsus olan əşyaları, geyimlərini görə bilərsiniz. Qonaq otağından asılmış süjetli xalçaların hər biri bu ailənin acınacaqlı taleyinə işıq salır.

H.Cavid bu mənzilə 1921-ci ildə (Darülmüəllimində işə başlayan zaman) köçüb. Qonaq otağının girişində Mişkinaz xanımın yağlı boya ilə çəkilən böyük portreti var.

PhotoStock.az-ın əmkədaşının Hüseyn Cavidin ev muzeyindən hazırladığı reportajı təqdim edirik:

Daha çox foto burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri