Okt
2022
17:06
49
62
2209
Virtual karabakh

Builki qəbul imtahanlarında 600 və daha yuxarı bal toplayanların sayı AÇIQLANDI

3 Okt, 2022
17:06
2209

Builki qəbul imtahanlarında 600 və daha yuxarı bal toplayanların sayı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 2 077 nəfər 600 və daha yuxarı bal toplayıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, həmin abituriyentlərdən 237 nəfəri məcburi köçkün rayonlarına aid məktəblərin məzunlarıdır.

Yüksək nəticə göstərənlər I ixtisas qrupu üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 1081 nəfər, II ixtisas qrupu üzrə (iqtisadiyyat və idarəetmə üzrə ixtisaslar) 142 nəfər, III ixtisas qrupu üzrə (humanitar və sosial ixtisaslar) 344 nəfər, IV ixtisas qrupu üzrə (səhiyyə, rifah və xidmət ixtisasları) 510 nəfər olub.

Qeyd edək ki, bu il Azərbaycanın ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdünün verilməsi haqqında sərəncama əsasən, bu təqaüdə layiq görülən şəxslər respublikanın 25 müxtəlif şəhər və rayonlarını təmsil edirlər.

Prezident təqaüdçülərindən 31 nəfər Bakı Ali Neft Məktəbinə, 23 nəfər Azərbaycan Tibb Universitetinə, 12 nəfər ADA Universitetinə, 10 nəfər Bakı Dövlət Universitetinə, 9 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 7 nəfər Dövlət İdarəçilik Akademiyasına, 4 nəfər xüsusi təyinatlı ali təhsil müəssisəsinə, 2 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 2 nəfər Naxçıvan Dövlət Universitetinə, 1 nəfər Birgə Azərbaycan-Fransız Universitetinə (UFAZ), 1 nəfər Bakı Mühəndislik Universitetinə qəbul olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri